"Oskar"da İLK: Quran ayəsi oxundu, məşhurlar alqışladılar - FOTO

"Oskar"da İLK: Quran ayəsi oxundu, məşhurlar alqışladılar - FOTO
15:47 27 Fevral 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Los-Anceles şəhərində keçirilən "Oscar" mükafatlandırma mərasimində "The White Helmets" filmi də mükafat alıb.

Milli.Az "Foxnews"a istinadla bildirir ki, Suriyada yüzlərlə insanın həyatının xilas olmasından bəhs edən "Bəyaz dəbilqələr" filmi ən yaxşı qısa sənədli film mükafatına layiq görülüb.

Filmin rejissoru Orlando vin Einsiedel mükafatı qazandıqdan sonra mərasimdəki çıxışında Quran ayəsindən sitat gətirib. O, "Maidə" surəsinin 32-ci ayəsini (Bir nəfərin həyatını xilas edən bütün insanları xilas etmiş kimi sayılır) oxuduqdan sonra mərasimdəki məşhurları ayağa qaldırıb, Suriyada müharibənin bitməsi üçün onlardan alqış istəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR