Elnarə ilə Səidə arasında qalmaqal böyüdü: "Sonu yaxşı qurtarmayacaq"

Elnarə ilə Səidə arasında qalmaqal böyüdü: "Sonu yaxşı qurtarmayacaq"
16:05 27 Fevral 2017
259 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Səidə Sultanla Elnarə Xəlilova arasında qalmaqal daha da şiddətlənib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, E.Xəlilova "Xəzər maqazin"ə açıqlamasında həmkarının onun ünvanına dediyi təhqirlərə cavab verib:

"Ağzını Allah yoluna qoyub danışır. Gərək mən də ona baş qoşam, ağız-ağıza verəm. Mənə bu lazım deyil. Kimdəsə mənə qarşı qıcıq, problemi var, xoşuna gəlmirəmsə, nə edim? Allah köməyi olsun. Onun haqqında danışmaq istəmirəm. Çünki sonu yaxşı qurtarmır". 

Qeyd edək ki, köhnə "W-trio" qrupunun solistləri arasında uzun müddətdir qalmaqal davam edir. 

S.Sultan həmkarını paxıl adlandıraraq, onun ünvanına bunları deyib:

"Elə insanlardan qorxuram. Sakitləşsin, məndən əl çəksin. Deyilən söz mənə toxunanda cavab verməliyəm. Yoxsa gecə yata bilmərəm. Onun dediyi sözlər məndə elə qıcıq yaratdı ki, cavabını verməliydim. Övlad dünyaya gətirəndə insanın başı ona qarışır. O da ailəni seçdi. Biz isə sərbəst qızlar idik. Sənətlə məşğul olduq. Bu da onu qıcıqlandırır. Bu, sağlam rəqabət deyil. Qızlar işləyirlər, öndədirlər. Onun da ifritəliyi tutub ki, onlar niyə elədir, mən yox. Elə insanlardan qorxuram, beləsindən uzaq durmalısan. Kin vurub üzünə".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/521609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR