Səddamın nəvəsi Trampdan qohumlarını istədi

Keçmiş İraq prezidenti Səddam Hüseynin nəvəsi Məsud Uday Hüseyn ABŞ prezidenti Trampa məktub yazıb

Metbuat.az xəbər verir ki, Məsud müraciətində illər öncə İrana qaçırılan qohumlarının cənazəsini tələb edib:

“İllər öncə İrana zorla aparılan və hələdə cənazələri qaytarılmayan qohumlarımızı tələb edirik. Bunlardan biri də babamın qardaşıdır. İran hakimiyyəti atam Uday Səddam Hüseynin, əmim Kusay Səddam Hüseynin, əmim oğlunun cənazələrini bizə təhvil verməyib. Sizdən qohumlarımı İrandan təhvil almağınızı istəyirəm”

Rəvan Nasiroğlu



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR