Diyeqo Simeone yubileyi günü üzüldü

Diyeqo Simeone yubileyi günü üzüldü
16:12 27 Fevral 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının 24-cü turunda "Barselona"nı qəbul edən "Atletiko"nun baş məşqçisi Diyeqo Simeone üçün bu oyun əlamətdar olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis "Atletiko"nu 300-cü oyununa çıxarıb. 46 yaşlı mütəxəssisin rəhbərliyi ilə Madrid klubu 187 qələbə, 61 heç-heçə əldə edib. 52 oyunda isə məğlub olub. Topların nisbəti 521:221-dir. 2012-ci ildən "Atletiko"nu çalışdıran Simeonenin komandası 62% oyunda qalib gəlib. Madrid klubu 5 mükafat qazanıb. 2014-cü ildə İspaniya çempionu olub. Qeyd edək ki, Simeonenin 300-cü oyunu "Atletico"nun "Barcelona"ya 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR