"Onun barəsində keçmiş zamanda danışmaq olduqca ağırdır"

"Onun barəsində keçmiş zamanda danışmaq olduqca ağırdır"
16:17 27 Fevral 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov dünən dünyasını dəyişmiş jurnalist Zabil Müqabiloğlu barədə danışıb.

Mərhum junalist barədə xoş sözlər söyləyən Mətbuat Şurasının sədri onu azad insan kimi dəyərləndirib: 

"Torpağa tapşırıldığı bu gün barəsində keçmiş zamanda danışmaq olduqca ağırdır. Zabil Müqabiloğlunu çoxdan tanıyırdım. İstedadı, bacarığı, ədəb-ərkanı ilə seçilən həmkarlarımızdan idi.

Müalicə üçün İranda olarkən telefonla söhbətləşdik. İlk dəfə səhhəti pisləşəndə xəstəxanaya baş çəkməyə də getmişdim. Xəstəliyinin bənizinə gətirdiyi solğun görkəmdə bir yaşamaq istəyi duydum. Ağrısız-acısız, sərhədləri olmayan, çərçivələnməyən, məhdudiyyətsiz yaşamaq istəyi. O, azad insan idi.

Artıq Zabil haqq dünyasındadır. Ruhunun azadlığını tapdığı yerdə. Ağrımıza, acımıza təsəllimiz də yalnız budur. Təəssüf ki, budur.

Doğmalarına, əzizlərinə, daim təəssübünü çəkdiyi, ona qayğısını əsirgəməyən həmkarlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Məkanı cənnət olsun!"

Qeyd edək ki, uzun müddətdir sirrozdan əziyyət çəkən jurnalist Zabil Müqabiloğlunun səhhəti fevralın 26-da gecə qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) yerləşdirilib. Onda kəskin daxili qanaxma başladığı qeyd edilir. Mərhum bu gün Pirşağı qəsəbə məzarlığında dəfn olunub.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR