"Atam məni anasız qoydu" - Rəhman Rəhmanov

"Atam məni anasız qoydu" - Rəhman Rəhmanov
16:27 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Mənim üçün "ana" sözünü işlətmək çətindir. Görəsən, ana tərbiyəsi, istiliyi, sevgisi necə olur? Məni atamın anası tərbiyə edib. Mən Quran səsi ilə yuxudan oyanmışam".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Rəhman Rəhmanov "10-dan sonra" verilişində deyib. 

Aktyor atasının onu anasının üzünə həsrət qoyduğunu deyib:

"Atamla anam mənim 3 yaşım olanda ayrılıblar. Atam məni anamdan məhrum edib. Anam məni aylarla görə bilmirdi. Anam gizlin qonşunun evinə gəlirdi, məni çağırırdılar. Orada 20 dəqiqə məni öpürdü, qucaqlayırdı, tez də gedirdi. Anasız qalmağı atama heç vaxt bağışlaya bilmirdim. Dünyasını dəyişməzdən 2 ay əvvəl mənə dedi ki, sənə nə pislik etmişəm, bal-yağ içində böyütmüşəm, mənə niyə kədərli baxırsan? Onda dedim ki, məni anadan məhrum etmisən. Atam öləndən sonra anam gəldi, ağladı. Amma atamın 40 günündə anam dünyasını dəyişdi, onun yoxluğuna dözə bilmədi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/521649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR