“Sony” yeni smartfonlarını təqdim edib

“Sony” yeni smartfonlarını təqdim edib
16:35 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Yaponiyanın “Sony” şirkəti Barselonada keçirilən “MWC 2017” sərgisi çərçivəsində yeni “XA” və “XZ” smartfonlarını təqdim edib.

Qabaqcıl “Xperia XZ Premium” smartfonu “HDR” texnologiyasını dəstəkləyən 5,5 düymlük “4K” (3840x2160 nöqtə) təsvir ölçülü ekranla təchiz edilib. Həmçinin qurğu “Snapdragon 835” prosessoru ilə təchiz edilib və 4 QB əməli yaddaşa malikdir. “microSD” kartın köməyi ilə 64 QB-lıq daxili yaddaşın tutumunu artırmaq mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “https://lenta.ru” saytına istinadən yazır ki, bundan başqa, “XZ” smartfonu 19 meqapiksellik təsvir ölçüsünə malik yeni “Motion Eye” kamerası ilə təchiz edilib. Bu kamera “HD” təsvir ölçüsündə saniyədə 960 kadr sürətlə “Super Slow-mo” yavaşıdılmış çəkiliş rejimini dəstəkləyir.

“XA1” və “XA1 Ultra” qurğuları müvafiq olaraq 5 (“HD” təsvir ölçüsü) və 6 (“FullHD”) düymlük ekranla təchiz ediliblər. Smartfonlar səkkiznüvəli “MediaTek Helio P20 MTK6757” prosessoru və 23 meqapiksellik kamera ilə təchiz edilib. Kiçik model 3 QB-lıq əməli yaddaşa, böyük model isə 4 QB-lıq əməli yaddaşa malikdir.

Hər üç smartfon 2017-ci il yazın sonuna kimi əlçatan olacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46335-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR