İzmirdə GÜCLÜ YANĞIN - Yaralılar var

İzmirdə GÜCLÜ YANĞIN - Yaralılar var
16:47 27 Fevral 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

İzmirin Bornova mahalında parça istehsal edən fabrikdə məlum olmayan səbəblərdən yanğın başlayıb. 

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, plastik və digər yanıcı maddələrin alovlanmasıyla böyüyən yanğının söndürülməsinə İzmir Böyükşəhər bələdiyyəsinə aid xeyli sayda xilasetmə qrupları cəlb edilib. Zavod işçilərinin xilas edildiyi yanğında 2 nəfərin tüstüdən zəhərləndiyi deyilir. Dərhal təcili yardım maşınında oksigen balonu taxılan yaralıların həyati təhlükəsinin olmadığı deyilir.
 
Fabrikin bir hissəsinin çökdüyü bildirilir.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR