ADU-da yeni təyinatlar olub

ADU-da yeni təyinatlar olub
16:52 27 Fevral 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) yeni təyinatlatlar olub.
Bu barədə “Report”a ADU-nun İnformasiya Departamentindən məlumat verilib.
Məlumata görə, ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin əmri ilə Samir Sabir oğlu Həmidov Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin, Vüsalə Elxan qızı Ağabəyli Filologiya və jurnalistika fakültəsinin, Zarina Natiq qızı Aslanova Tərcümə fakültəsinin, Fikrət Fətiş oğlu Cahangirov isə Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı vəzifəsinə təyin olunublar.
“Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na müvafiq olaraq yaradılmış seçim komissiyası tərəfindən bir ay müddətində müraciət edən namizədlərin sənədləri araşdırılıb, onlarla müsahibələr təşkil olunub və müvafiq qərar qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/adu-da-yeni-teyinatlar-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR