WTI markalı neft üzrə fyuçers kontraktlarının sayı tarixi rekord həddə çatıb

WTI markalı neft üzrə fyuçers kontraktlarının sayı tarixi rekord həddə çatıb
16:57 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Hedc fondları və spekulyatorların 15-21 fevral həftəsində WTI markalı neftin fyuçers və opsionlarında uzun mövqelərinin (artması istiqamətində) saldosu 23 299 və ya 6% artaraq 413 637 kontrakta çatıb. 
"Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Əmtəə fyuçersləri üzrə Ticarət Komissiyası (CFTC) məlumat verib. Bu da, 2006-cı ilin iyunundan bu günədək Komissiyanın apardığı statistika dövrünün ən yüksək göstəricisidir. 
Qeyd edək ki, uzun mövqenin saldosu məcmu uzun və qısa mövqelərdəki kontraktlar arasındakı fərqi göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/wti-markali-neft-uzre-fyucers-kontraktlarinin-sayi-tarixi-rekord-hedde-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR