Olimpiya çempionu medallarını satdı - 180 min dollara

Olimpiya çempionu medallarını satdı -   180 min dollara
17:17 27 Fevral 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Belaruslu gimnast 4 qat olimpiya çempionu və 2 qat olimpiya mükafatçısı Olqa Korbut medallarını hərraca çıxarıb. 


Fanat.Az xəbər verir ki, o, 1972 və 1976-cı il Yay Olimpiya Oyunlarında qazandığı 5 medalın satışdan ümumilikdə 180 min dollardan çox gəlir əldə olunub.


1972-ci il Münhen olimpiadasında komanda yarışında və sərbəst hərəkətlər üzrə qızıl medallar müvafiq olaraq, 66 min dollar və 52,8 min dollara, barlarda hərəkət üzrə gümüş medal 24,6 min dollara satılıb. 1976-cı il Monreal olimpiadasında komanda yarışındakı qızıl medal alıcıya 57,6 min dollara, tir üzərində hərəkət üzrə gümüş medal 24,6 min dollara başa gəlib. 


Hərrac evinin mükafatı ilə birgə Korbut 183,3 min dollar qazanıb.


61 yaşlı idmançı medallardan əlavə, 1973-cü ildə Böyük Britaniyanın paytaxtı Londonda çıxış etdiyi gimnast geyimini 3 min dollara, "Sports Illustrated" jurnalının üz qabığında təsviri ilə birgə avtoqrafı 49 dollara satıb. Onun 26 lot əşyası satılmamış qalıb.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-olimpiya-cempionu-medallarn-satd-t56568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR