Məleykə Abbaszadə Astarada vətəndaşları qəbul edib

Məleykə Abbaszadə Astarada vətəndaşları qəbul edib
17:22 27 Fevral 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Astara şəhərində vətəndaşları qəbul edib.
Mərkəzdən “Report”a verilən məlumata görə, qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara və Masallı rayon sakinləri iştirak ediblər.
Görüşdə əsasən buraxılış imtahanları, ali təhsilin müxtəlif səviyyələrinə qəbul və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Görüşdə iştirak edən vətəndaşlar fevralın 24-də ölkə Prezidenti tərəfindən imzalanan “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın əhəmiyyətindən danışaraq qeyd ediblər ki, sərəncamda nəzərdə tutulan məsələlərin icra olunması maddi vəziyyətindən asılı olmayaraq insanların təhsilini davam etdirməsinə, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun stimullaşdırılmasına kömək edəcək.
Görüşdə, həmçinin orta ümumtəhsil müəssisələrinin bir neçə müəllimi iştirak edib. Müəllimlərlə yeni tədris proqramları (kurikulum) və onlar əsasında hazırlanan yeni dərsliklər, tədris prosesi zamanı qarşıya çıxan çətinliklər və s. haqqında müzakirələr aparılmışdır. DİM-in buraxılış imtahanı fənləri üzrə yeni təhsil proqramı (kurikulum) və dərsliklərə əsaslanan V-IX sinif vəsaitləri müəllimlər tərəfindən yüksək qiymətləndirilib.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/meleyke-abbaszade-astarada-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR