Meksika səfiri Bakı Kukla Teatrında olub

Meksika səfiri Bakı Kukla Teatrında olub
17:22 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Bakı Kukla Teatrını ziyarət edərək, teatrın direktoru Tərlan Qorçu ilə görüşüb.
Meksikanın Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, teatrın direktoru diplomatı iki ay öncə açılmış teatrın binası ilə tanış edib, onun tarixi barədə məlumat verib.
Səfir R.Labardini Meksika-Azərbaycan münasibətlərində mədəni əlaqələrin vacib rolunu qeyd edib. Bu baxımdan, Meksikada kukla teatrı sənətinin inkişafı və iki ölkənin bu sahəsinin nümayəndələri arasında əməkdaşlığın mümkünlüyü vurğulanıb.
Tərəflər bu cür əlaqələrin qurulması, birgə layihələrin keçirilməsi və Meksika kukla teatrı sənətinin Bakı Kukla Teatrında nümayiş olunmasının mümkünlüyünü qeyd ediblər. Mədəni mübadilənin qarşılıqlı tanıtım və yaxınlaşmaya yol açdığı vurğulanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/meksika-sefiri-baki-kukla-teatrinda-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR