Cəlilabadda yanacaqdaşıyan maşın qəzaya düşüb, 4 nəfər yaralanıb

Cəlilabadda yanacaqdaşıyan maşın qəzaya düşüb, 4 nəfər yaralanıb
17:22 27 Fevral 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 27 fevral. REPORT.AZ/ Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosuxəbər verir ki, hadisə Ələt- Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 
Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Astara istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn yanacaqdaşıyan qoşqulu yük avtomobili ilə toqquşub. 
Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan sərnişinlər - Ceyhun Nəsirov, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-yanacaqdasiyan-masin-qezaya-dusub-4-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR