Yanacaqdaşıyan maşın yük avtomobili ilə toqquşdu: 4 yaralı

Yanacaqdaşıyan maşın yük avtomobili ilə toqquşdu: 4 yaralı
17:23 27 Fevral 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Ələt- Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Astara istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn yanacaqdaşıyan qoşqulu yük avtomobili ilə toqquşub.

Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan sərnişinlər - Ceyhun Nəsirov, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/189506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR