"Neftçi" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb

"Neftçi" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb
17:32 27 Fevral 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib. "Report"un məlumatına görə, həftənin açılış oyununda AZAL klubu "Neftçi" komandasını qəbul edib.
Şüvəlanda baş tutan görüşün taleyini bir qol həll edib. Matçın 4-cü dəqiqəsində qonaqların ispaniyalı hücumçusu Daniel Seqoviyanın vurduğu qol "Neftçi"yə qələbə qazandırıb.
Bu qalibiyyətdən sonra "Neftçi" xalını 20-yə çatdırsa da, turnir cədvəlində 6-cı, AZAL isə 8 xalla 8-ci pillədə qalıb.
Azərbaycan Premyer Liqası, XX tur
AZAL – "Neftçi” - 0:1
Qol: Daniel Seqoviya, 4
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev Hakim-inspektor: Vüsal Əliyev
"AZAL Arena”
İlk iki dövrə - 0:2, 1:0

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-azerbaycan-premyer-liqasinda-novbeti-qelebesini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR