"Səhnədə çılpaq görünməyin..." - Lalədən həmkarlarına irad

"Səhnədə çılpaq görünməyin..." - Lalədən həmkarlarına irad
17:37 27 Fevral 2017
240 Şou
Ölkə mətbuatı
A- A+

"Səhnədə qadın ifaçını çılpaqlığı ilə görməyin tərəfdarı deyiləm. Bu mənim üçün artıq maraqsızdır. Bir də insanın repertuarı buna imkan verməlidir".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Lalə Məmmədova "10-dan sonra" verilişində deyib. 

Müğənni "Çıx yollarıma" klipindəki hovuz səhnələrindən danışıb:

"Uzun illərdir üzgüçülüklə məşğul oluram. Ağlıma gəlməzdi ki, hovuzda klip çəkdirim. Amma mahnı bu səhnələri tələb edirdi. Bu cür kliplərin gündəmə təsiri var. Amma bunu gözəl şəkildə etmək üçün intellektual səviyyə lazımdır. Hovuz səhnələrindən o qədər danışdılarsa, dedim, bilsəydim, çoxdan belə klip çəkdirərdim. Estetik baxımdan burada heç kimin əsəblərinə toxunacaq durumda deyiləm. Orada hovuz səhnələrini də mədəni formada təqdim etmişəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/521672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR