Türkiyəyə qarşı birləşdilər: Yeni “terror dəhlizi” yaradılır

Türkiyəyə qarşı birləşdilər: Yeni “terror dəhlizi” yaradılır
17:43 27 Fevral 2017
134 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Əl-Bab mahalının cənubundan Münbiç istiqamətində irəliləyən Bəşər Əsədin ordusu YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü –red.) iflasa uğrayan “dəhliz”ini diriltməyə çalışır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dəməşq və YPG kürd dəhlizini daha cənub tərəfdən yaratmaq istəyir.

Plan çərçivəsində hərəkət edən rejim ordusu Əl-Babın 11 kilometr cənub-şərqindən YPG-nin nəzarətindəki Münbiçə doğru sürətlə irəliləyir. Rejim gücləri hazırda YPG-nin nəzarətindəki ərazilərin 14 kilometrliyində mövqe tutublar.

Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SEDA) xarici siyasət üzrə araşdırmaçısı Can Acun hesab edir ki, Əsəd-YPG əməkdaşlığının məqsədi terror dəhlizini tamamlamaqdır.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR