Sorğu: ABŞ prezidenti Donald Trampı amerikalıların 48%-i dəstəkləmir

Sorğu: ABŞ prezidenti Donald Trampı amerikalıların 48%-i dəstəkləmir
17:52 27 Fevral 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Amerikalıların 42%-i Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətini nisbətən bəyənir və bu, yaxınlarda vəzifəyə gəlmiş dövlət başçılarının göstəricisi üzrə rekord aşağı nəticədir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "NBC News" telekanalı və "Wall Street Journal" nəşrinin keçirdiyi son birgə sorğuya əsasən, amerikalıların 48%-i Donald Trampı dəstəkləmir.
Eyni zamanda, respondentlərin 44% onun fəaliyyətini müsbət qiymətləndirib. Rəyi soruşulanların 32%-i isə D.Trampın öz vəzifələrinin icrasının öhdəsindən gələ bilmədiyini düşünür.
Qeyd edək ki, sorğu fevralın 18-dən 22-dək keçirilib.
Bundan başqa, "Gallup"un müxtəlif sorğularına əsasən, D.Trampın prezident kimi postda olduğu 4 həftəlik müddətdə orta reytinqi 42% təşkil edir və bu da yaxınlarda vəzifəyə gəlmiş dövlət başçılarının göstəricisi üzrə rekord aşağı nəticədir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sorgu-abs-prezidenti-donald-trampi-amerikalilarin-48-i-desteklemir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR