Şabranda sürüşmə baş verib, 5 evə ziyan dəyib

Şabranda sürüşmə baş verib, 5 evə ziyan dəyib
17:57 27 Fevral 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabran. 27 fevral. REPORT.AZ/ Şabran rayonununda torpaq sürüşməsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qazbabalı kəndində qeydə alınıb. Kənd icra nümayəndəsinin sədr müavini sədr müavini Fürsət Təhməzov bildirib ki, həmin kəndə yaşamağın təhlükəli olduğunu bildirib: "Son günlər aramsız yağan yağış və qar sürüşmə prosesini aktivləşdirib. Təbii fəlakət nəticəsində beş evə ziyan dəyib və kəndə gedən yol dağılıb. Sürüşmə zamanı kənd sakinləri - Yehya Əliyev, Əlikram Əliyev, İmaməddin Əliyev, Faiq Əliyev və Naziyyət Mirzəyevaya məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərdə çatlar əmələ gəlib və yaşamaq mümkün olmadığı üçün ailə üzvləri qohumlarının evlərində məskunlaşıblar". 
Qeyd edək ki, Qazbabalı kəndi rayon mərkəzindən 12 kilometr aralıqda yerləşir. Kənddə 80 təsərrüfat var. Rayon mərkəzi ilə kəndi birləşdirən yeganə yol sürüşmə nəticəsində tamamilə dağılaraq sıradan çıxıb.








Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabranda-surusme-bas-verib-5-eve-ziyan-deyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR