Ekspert: "Qarabağ münaqişəsinin həlli üçün Ermənistana kompleks tədbirlərlə təsir etmək lazımdır"

Ekspert: "Qarabağ münaqişəsinin həlli üçün Ermənistana kompleks tədbirlərlə təsir etmək lazımdır"
18:12 27 Fevral 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təkcə diplomatik səylər kifayət etmir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Şimal-Cənub" politologiya mərkəzinin aparıcı eksperti Aleksandr Karavayev deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupu təsir mexanizmi qismində tamamilə tükənib: "Amma bununla belə, güc yoluna ümid etmək düzgün olmazdı. Çünki bu, genişmiqyaslı müharibəyə gətirib çıxara bilər".

Ekspertin sözlərinə görə, münaqişənin həllini "ölü nöqtə"dən kompleks tədbirlər - iqtisadi praqmatizm və etimad tədbirləri sayəsində tərpətmək olar. Bu tədbirləri ötən il yaradılmış Ermənistan-Azərbaycan sülh platforması kimi təşəbbüslərlə yaratmaq olar.

Bundan başqa, A.Karavayev qeyd edib ki, bunun üçün bütün dünyada informasiya kampaniyası da vacibdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR