Bu yaşayış məntəqələrinin qazı kəsiləcək

Bu yaşayış məntəqələrinin qazı kəsiləcək
18:17 27 Fevral 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

SOCAR-ın "Qaz İxrac" İdarəsinin magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.

Milli.Az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyindən APA-ya verilən məlumata görə, fevralın 28-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin balansında olan "Ceyranbatan" və "Qobu", Ağdaş Magistral qaz kəmərləri sahəsinin balansında olan "Ucar", "Lək" və "Zərdab", Astara Magistral qaz kəmərləri sahəsinin balansında olan "Günəşli" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
 
Təmir müddətində Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin, Cəlilabad rayonunun Günəşli, Alar, Təzəkənd və Qarazəncir kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR