​Direktorun döydüyü müəllim fəryad etdi, direktor isə böhtan olduğunu deyir - Azərbaycanda

Məktəb direktoru tərəfindən döyülən müəllim fəryad etdi.

Noyabrın 11-də Gədəbəyin Çobankənd kəndində yerləşən məktəbdə qeydə alınan döyülmə faktı ilə əlaqədər Metbuat.az-a yenidən müraciət daxil olub.

Məktəbin direktoru Sahib Babayevin onu döydüyünü iddia edən fizika müəllimi Qəhraman Əliyev hələ də həmin şəxsin direktor vəzifəsində qalmasından şikayətlənir:

“Direktor mənə 12 saat dərs vermişdi. Mən ondan sadəcə dərs saatımı artırmasını tələb etdim. O isə məni döydü. 12 gün Şəmkir Mərkəzi rayon xəstəxanasında müalicə aldım. Məni döyən direktor isə cəmi 3 ay vəzifəsindən uzaqlaşdırıldı. İndi O, yenidən həmin vəzifəni icra edir. Bununla bağlı yenidən Prokurorluğa şikayət etmişəm”.

Baş verən hadisə ilə bağlı məktəbin direktoru Sahib Babayev Metbuat.az-a açıqlamasında bildirdi ki, həmin müəllim təhqiramiz sözlərdən istifadə edərək, 24 saat dərs saatı tələb etdi:

“Elə hadisə baş verən günü Prokurorluğa məlumat verdim. Gedib tanışıqla xəstəxanada müalicə aldı. Həkimin veridiyi rəy də doğru deyil. O müəllim məktəbin digər direktorları ilə də həmin münasibətdə olub. Onun elədiklərinin heç bir əsası yoxdur”.

Xəyalə Məmmədova /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR