"Təəssüf ki, övladını görə bilmədi" - Şəhidlərimizin FOTOları

"Təəssüf ki, övladını görə bilmədi" - Şəhidlərimizin FOTOları
18:22 27 Fevral 2017
281 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 5 hərbi qulluqçumuz şəhid olub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, şəhid olan hərbi qulluqçularımızından biri Ordubad rayon, Dırnıs kənd sakini 1988-ci il təvəllüdlü baş leytenant Tural Haşımlıdır. Şəhid baş leytenantın yaxınları onun 7 ay öncə ailə həyatı qurduğunu deyiblər. 



Digər şəhidimiz Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayor Aqşin Abdullayevdir. Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Onun 3 övladı var. 



Həmin gecə şəhid olmuş digər hərbi qulluqçumuz Cəfərov Zakir Nazim oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu olub.



Daha bir şəhidimiz Ağdam rayonu, Mərizli kənd sakini Qədimov Zülfü Rəhim oğludur.

Şəhid hərbçimiz Nəzərov Şahlar Yaşar oğlu Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Qohumlarının saytımıza verdiyi məlumata görə, Şahlar Yaşarovun əmiləri də hərbçi olublar.



"Şahlar Yardımlı rayonu Peştəsər kəndində yaşayırdı. Onun şəhid olması barədə xəbəri bu gün səhər saatlarında eşitdik. Şahlar yaxşı oğlan idi. Vətəni canından çox istəyirdi. Onun əmiləri də hərbçi olublar. Şahlar ötən ilin avqust ayında ilə həyatı qurmuşdu. Bir-iki aydan sonra onun övladı dünyaya gələcək. Təəssüf ki, o, övladını görə bilmədi. Şahların atası xəstədir", - şəhidin qohumları deyiblər.
 
Milli.Az 
 
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR