Sabahdan Yasamal rayonu ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Sabahdan Yasamal rayonu ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
18:37 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı dövlət başçısının sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur. 
“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a bildirilib ki, bu işlər çərçivəsində sözügedən prospekt ilə avtonəqliyyat vasitələrinin hərəkəti sabahdan etibarən məhdudlaşdırılacaq. Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək. Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. 
Bu müddət ərzində yarana biləcək narahatlığa görə, “Azəravtoyol” vətəndaşlardan üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/sabahdan-yasamal-rayonu-erazisinde-avtoneqliyyat-vasitelerinin-hereketi-mehdudlasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR