Bütün Gürcüstanın katalikos-patriarxının mühafizə xidmətinin rəisi istefa verib

Bütün Gürcüstanın katalikos-patriarxının mühafizə xidmətinin rəisi istefa verib
18:57 27 Fevral 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Bütün Gürcüstanın katalikos-patriarxı II İlya mühafizə xidmətinin rəisi Soso Oxanaşvili istefa verib.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o, bu vəzifədən könüllü istefa verdiyini bildirib.
“Mən patriarxdan bu vəzifədən getməyim üçün xeyir-dua verməsini istədim. Biz bir az danışdıq. O razılaşdı və mənə xeyir-dua verdi. Mən də işdən çıxdım” - o vurğulayıb.
Hələlik onu bu postda Zurab Buçukurinin əvəz etdiyi bildirilsə də, rəsmi təsdiq yoxdur.
Soso Oxanaşvili bu vəzifədə 14 il çalışıb.
Xatırladaq ki, Bütün Gürcüstanın katalikos-patriarxı II İlya fevralın əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı olundqudan sonra ötən həftə ölkəsinə qayıdıb. 
Bu il fevralın 13-də Gürcüstan Patriarxlığı mülki işlər üzrə xidmət idarəsinin başçısı, Müqəddəs İoakim və Anna tibbi mərkəzinin direktoru Georgi Ata (Georgi Mamaladze) həbs edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/butun-gurcustanin-katalikos-patriarxinin-muhafize-xidmetinin-reisi-istefa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR