Qonşuların xəbərdarlığıyla evə girdilər: qapını açanda gözlərinə inanmadılar - FOTO

Qonşuların xəbərdarlığıyla evə girdilər: qapını açanda gözlərinə inanmadılar - FOTO
19:05 27 Fevral 2017
203 Dünya
Ölkə mətbuatı
A- A+

Bələdiyyə işçiləri qonşuların xəbərdarlığından sonra getdikləri evdən 15 ton zibil çıxarıblar.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, hadisə Bursada baş verib.

Bələdiyyə işçiləri təmizləmək üçün girdikləri evdə daha bir "sürpriz"lə qarşılaşıblar. 3-4 adam qapını itələyərək açmağa çalışıb.

Zibil o həddə imiş ki, içində azyaşlının da yaşadığı evi qış ayında ağcaqanadlar basıb.

E.H. adlı ev sahibi mənzilini təmizləyənlərə mane olmağa çalışıb. Saatlarla davam edən təmizləmədən sonra evdən 15 yük maşını zibil çıxdığı məlum olub.

Bursa Sosial Xidmətlər İdarəsinin əməkdaşları evdəki uşağı kimsəsizlər evinə təhvil veriblər.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR