Əksişəhərdə "Şiir ve Ağıtlarda Hocalı" adlı tədbir keçirilib

Əksişəhərdə "Şiir ve Ağıtlarda Hocalı" adlı tədbir keçirilib
19:17 27 Fevral 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ INDEX - Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzinin dəstəyi və Əksişəhər Azərbaycanlılar Dərnəyinin birgə təşkilatçılığı ilə fevralın 26-da Əksişəhərdə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar "Şiir ve Ağıtlarda Hocalı" adlı tədbir keçirilib.
"Report"un xəbərinə görə, Eskişehir Taşbaşı Mədəniyyət Mərkəzində baş tutan tədbir 25 il öncə Xocalıda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilib.
Eskişehir Azərbaycanlılar Dərnəyinin müavini Sirac Yaquboğlu Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.
Daha sonra Azəryar bəy Xocalı soyqırımı qurbanlarının xatirəsinə yazdığı şeiri səsləndirib.
Tədbirin ikinci hissəsində Eskişehir Azərbaycanlılar Dərnəyinin gənclərindən ibarət qrup Sonay Ruhinin və Veysel Yalçının müşayiətilə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini şeirlərlə yad ediblər.
Gecənin qapanış çıxışında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın anım tədbirində çıxış edənlərə təşəkkür edib. O, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayaraq bildirib ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması hər birimizin borcudur.










Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/eskisehirde-siir-ve-agitlarda-hocali-adli-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR