Zaurdan Nahidəyə irad: "Hansı ağılla o rola çəkildin?"

Zaurdan Nahidəyə irad: "Hansı ağılla o rola çəkildin?"
19:32 27 Fevral 2017
255 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Nahidə Orucova "5/5" verilişinin qonağı olub. 

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, aktrisa "Hoqqa" filmindəki obrazından danışıb. 

Aparıcı Zaur Kamal aktrisaya gözləmədiyi sual ünvanlayıb. 

O, aparıcının ""Hoqqa"da səni görüb şok oldum. Obrazının adını tamaşaçılara da de. Nə ağılla o rolda çəkilməyə razılıq verdin? Qamçıyla... Sözə qulaq asmayanı qamçılayırlar?" sözlərinə belə cavab verib:

"Obrazımın adını burada deməyəcəm. İstədim, özümə sübut edim ki, aktrisayamsa, hər obrazı bacarmalıyam. Rolu elə oynamalıyam ki, özümü sübut edim. Orada əlimdə şallaq var idi. Filmdən sonra bir çox adamlar mənə dedilər ki, şallaq lazım olanda səni çağıracağıq".

Qeyd edək ki, N.Orucova filmdə yüngül əxlaqlı qadın obrazını canlandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/521698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR