Sevda: "İşlə gündəmdə qalmaq çətin yoldur"

Sevda: "İşlə gündəmdə qalmaq çətin yoldur"
19:42 27 Fevral 2017
265 Şou
Ölkə mətbuatı
A- A+

"Əslində maraqlı fikirdir, özün-özünü tərifləməsən, heç kim səni tərifləməz. Amma hamı hər şeyi çox gözəl görür. Başqası səni tərifləyəndə bu daha gözəl olur. Nəinki çıxım danışım ki, mən dağı dağ üstünə qoyacam?"

Milli.Az big.az istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Xəzər maqazin"ə açıqlamasında deyib. 

Sənətçi də digər şou əhli kimi həmkarı Günay İbrahimlinin "Mənim rəqibim yoxdur, birinciyəm" sözlərinə münasibət bildirib:

"Çıxıb özümü tərifləməyin tərəfdarı olmamışam, xasiyyətimdə yoxdur. Tamaşaçı özü qiymət versin ki, bu yaxşıdır, yoxsa nağıl danışır. Çox şükür ki, mənim haqqımda işlərim danışıb. İşlə gündəmdə qalmaq çətin yoldur. Sevinirəm ki, 12 ildir ki, qalmaqalsız, şəxsi həyatımı gündəmə gətirmədən, ancaq işlərimlə gündəmdə qalmışam. Davakar insan deyiləm. İnsanın xasiyyəti necədirsə, işləri də elə olur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/521699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR