"Zirə" klubu "Sumqayıt"ı məğlubiyyətə uğradıb

"Zirə" klubu "Sumqayıt"ı məğlubiyyətə uğradıb
20:12 27 Fevral 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun ilk oyun günündə hər iki matç eyni hesabla yekunlaşıb. 
"Report"un məlumatına görə, "Neftçi"nin səfərdə AZAL-a minimal hesabla qalib gəldikdən sonra "Zirə" bunu "Sumqayıt"la ev oyununda gerçəkləşdirib. 
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmada yeganə topu 35-ci dəqiqədə Riçard Qadze vurub. Bununla da turnir cədvəlinin 4-cü pilləsində dəyişiklik baş verib. "Zirə" xallarını 26-ya yüksəldərək, həmin mövqeni ələ keçirib. "Sumqayıt" isə 25 xala beşinci pilləyə düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-klubu-sumqayit-i-meglubiyyete-ugradib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR