"Bakcell"in təşkil etdiyi mini-futbol çempionatının qalibləri Mançesterə səfər ediblər

"Bakcell"in təşkil etdiyi mini-futbol çempionatının qalibləri Mançesterə səfər ediblər
20:27 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkətinin “Bakutel 2016” sərgisi çərçivəsində təşkil etdiyi mini-futbol çempionatının qalibləri - Nicat Qapançızadə, İsmayıl İsmayılzadə və Anar Məmmədov fevralın 10-13-də Mançesterə səfər ediblər.
Şirkətdən "Report"a bildirilib ki, səfər zamanı klub rəsmiləri tərəfindən qonaqlar üçün "Mançester Yunayted"-"Vatford" oyununu izləmək, "Old Trafford" stadionuna turda iştirak etmək və klubun muzeyini ziyarət edərək onun tarixi ilə tanış olmaq imkanı yaradılıb.
Qaliblər səfərlə bağlı fikirlərini ifadə ediblər.
İsmayıl İsmayılzadə: “Səfərim çox fərqli və maraqlı keçdi. Mənə yeni bir təcrübə oldu. Səfər ərzində yeni yerlər, yeni insanlarla tanış oldum və maraqlı xatirələrlə geri qayıtdım".
Nicat Qapançızadə: “Həqiqətən çox maraqlı və fərqli keçdi. “Bakcell”ə xüsusi təşəkkürümü bildirirəm”.
Anar Məmmədov: “Bu səfərin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkür edirəm.”





Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bakcell-in-teskil-etdiyi-mini-futbol-cempionatinin-qalibleri-mancestere-sefer-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR