Həcc ziyarəti türklərə baha başa gəldi

Həcc ziyarəti türklərə baha başa gəldi
20:32 27 Fevral 2017
141 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə bu il üçün həcc ziyarətinə getməyin qiyməti açıqlanıb.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu il hacı namizədləri üçün otellərlə yanaşı, gecələmək üçün xüsusi otaqlar da təklif olunub.

Ümumiyyətlə, 2 nəfərlik otaqda hər adam üçün qiymət 15 500 TL (4 343 dollar), 3 nəfərlik otaqda hər nəfər üçün 14 min TL (3923), 4 nəfərlik otaqda isə hər nəfər üçün 12 min 250 TL (3 362) olaraq müəyyən olunub.

Oteldə qalmağı seçənlər üçün isə qiymətlər 22 min 750 TL (6 375 dollar), 24 min 500 TL (6 865 dollar), 27 min 500 TL (7705 dollar), 39 min 750 TL (11 138 dollar) məbləğində müəyyənləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR