Turçinovdan Moskvaya MESAJ: “Ukraynaya bunun üçün bir ay kifayətdir”

Turçinovdan Moskvaya MESAJ: “Ukraynaya bunun üçün bir ay kifayətdir”
20:38 27 Fevral 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

“Donbasın işğal edilmiş ərazilərinin Rusiya qoşunlarından təmizlənməsi üçün Ukrayna Silahlı Qüvvələrinə yalnız bir ay vaxt lazımdır”.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Senzor.net saytına müsahibəsində deyib.

“Svetlodarsk və Avdeyevka ərazilərində döyüşlər aydın göstərdi ki, bizim ordumuz hibrid Rusiya qoşunlarından əhəmiyyətli dərəcədə güclüdür. Donbas ərazisini tamamilə təmizləmək üçün bizə bir ay vaxt lazımdır”, - o vurğulayıb.

Onun sözlərinə görə, əməliyyata başlamaq üçün hərbi komandanlıq Rusiyanın Ukrayna ordusunun qarşısına nə qədər hərbi qüvvə çıxaracağını bilməlidir: “Dəqiq bilmək lazımdır, sənin düşmənində nə qədər güc və hərbi vasitə var. Biz separatçılarla, “LXR” və “DXR”-in ordu korpusları ilə vuruşmuruq. Bizə qarşı böyük ordu və nüvə silahına malik olan Rusiya imperiyası müharibə aparır”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR