Qonaq gəldiyi evdə dayısı oğlunu bıçaqladı

Qonaq gəldiyi evdə dayısı oğlunu bıçaqladı
20:57 27 Fevral 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, 1995-ci ildə anadan olmuş Yenikənd kənd sakini Şikarov Bayram Hümmət oğlu bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Xəstənin müayinəsi zamanı onun döş qəfəsində və sol budunda kəsilmiş-deşilmiş yaraların olduğu məlum olub. Hazırda xəstəyə zəruri tibbi yardım göstərilir.

Bayram Şikarovun atasının bildirdiyinə görə, o, Neftçalanın Bankə qəsəbəsindən dayısıgilə qonaq gəlmiş 23 yaşlı bibisi oğlu tərəfindən ailə münaqişəsi zəminində bıçaqlanıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/521724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR