"Fasilədə buna görə üzr istədi" - "Sumqayıt"ın məşqçisi

"Fasilədə buna görə üzr istədi" -   "Sumqayıt"ın məşqçisi
20:57 27 Fevral 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"Zirə"ni təbrik edirəm. Gərgin oyun getdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. İkinci hissədə isə öz oyunumuzu oynadıq. İkinci hissəyə görə futbolçulara təşəkkür edirəm".


Bu sözləri "Sumqayıt"ın  məşqçisi Vəfadar Quliyev Topaz Premyer Liqanın 20-ci turunda "Zirə" ilə oyundan (0:1) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

 

- Bu gün Samir Abasovun texniki zonada olmaması nəticəyə nə dərəcədə təsir göstərdi?

- Əlbəttə, Samir müəllim olsa, daha yaxşı oyanayardıq. Ancaq düşünmürəm ki, baş məşqçinin olmaması çox ciddi təsir göstərib.

 

-  Oyunun əvvəlində Məhəmməd Qurbanov məşqçilər korpusuna kəskin etiraz etdi. Buna səbəb nə idi?

-  Bu, futbolda olur. Fasilədə buna görə üzr istədi.

 

-  Samir Abasov əvvəl cəzalı olduğu oyunda əvəzetmələri telefonla çatdırırdı. Bu dəfə necə idi?

-  Bu dəfə tribuna ilə texniki zona arasında məsafə qısa olduğundan, buna ehtiyac qalmadı. (Qol.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfasild-buna-gor-uzr-istdiquot-t56577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR