Sankt-Peterburqdan Bakıya uçuşların sayı arta bilər

Sankt-Peterburqdan Bakıya uçuşların sayı arta bilər
21:05 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Uralskie avialinii" aviaşirkəti Sankt-Peterburqdan Bakıya reyslərin həyata keçirilməsi üçün icazə əldə edib.

Trend bildirir ki, icazə daşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyanın səsverməsindən sonra verilib.

Məlumata görə, şirkət həftədə üç dəfə Sankt-Peterburq-Bakı uçuşlarını həyata keçirəcək.

Qeyd edək ki, hazırda bu reys üzrə uçuşları "Rossiya" aviaşirkəti həftədə 7 dəfə həyata keçirir. Bununla da, yay uçuşları cədvəlinə uyğun olaraq Sankt-Peterburq-Bakı reysləri həftədə 10 dəfə baş tuta bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/521725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR