APL, 20-ci tur: 2 qol və 2 qələbə - VİDEO

APL, 20-ci tur: 2 qol və 2 qələbə - VİDEO
21:13 27 Fevral 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.

Publika.az xəbər verir ki, həftənin açılış oyununda AZAL klubu "Neftçi" komandasını qəbul edib.

Şüvəlanda baş tutan görüşün taleyini bir qol həll edib. Matçın 4-cü dəqiqəsində qonaqların ispaniyalı hücumçusu Daniel Seqoviyanın vurduğu qol "Neftçi"yə qələbə qazandırıb.

Bu qalibiyyətdən sonra "Neftçi" xalını 20-yə çatdırsa da, turnir cədvəlində 6-cı, AZAL isə 8 xalla 8-ci pillədə qalıb.

Günün digər matçında da eyni hesab qeydə alınıb. "Zirə" "Sumqayıt"la ev oyununda minimal hesablı qələbə qazanıb. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmada yeganə topu 35-ci dəqiqədə Riçard Qadze vurub. Bununla da turnir cədvəlinin 4-cü pilləsində dəyişiklik baş verib. "Zirə" xallarını 26-ya yüksəldərək, həmin mövqeni ələ keçirib. "Sumqayıt" isə 25 xalla beşinci pilləyə düşüb.

Azərbaycan Premyer Liqası, 20-ci tur

27 fevral

AZAL - Neftçi 0:1

Qol: Daniel Seqovia, 4.

Zirə - Sumqayıt 1:0

Qol: Qadze, 35.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/189531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR