Miqrantlara məxsus ticarət obyektləri talan edilib

Miqrantlara məxsus ticarət obyektləri talan edilib
22:12 27 Fevral 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yüzə yaxın şəxs miqrantlara məxsus ticarət obyektlərini talan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insidentin səbəbi və talan edilən mağazaların sayı açıqlanmır.

Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı, daha bir neçə nəfərin axtarışda olduğu bildirilir.
 
Fevralın 24-də CAR-ın Pretoriya şəhərində miqrantlara qarşı kütləvi aksiya keçirilib. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib, 150 nəfər saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR