Şəhriyar Məmmədyarov FİDE Qran-Prisində 3-cü yeri tutub

Şəhriyar Məmmədyarov FİDE Qran-Prisində 3-cü yeri tutub
22:27 27 Fevral 2017
125 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov BƏƏ-nin Şarca şəhərində keçirilən ilk FİDE Qran-Prisində 3-cü yeri tutub.
"Report"un məlumatına görə, 32 yaşlı zəka sahibi sonuncu turda çinli Hou Yifana qalib gələrək, xallarını 5,5-ə çatdırıb.
Nəticədə o, rusiyalı Aleksandr Qrişuk və fransalı Maksim Vaşye-Laqravla birgə ilk 3-lükdə qərarlaşıb. Lakin Məmmədyarov əlavə göstəricilərdə Qrişukla Vaşye-Laqravdan geri qalıb.
İlk FİDE Qran-Prisində 18 şahmatçı iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/sehriyar-memmedyarov-fi-de-qran-prisinde-3-cu-yeri-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR