Diktator 5 məmuru raketlə öldürtdürdü - QORXUNC İDDİA

Koreya Xalq Demokratik Respublikasında yüksək vəzifəli 5 təhlükəsizlik səlahiyyətlisi zenit-raket sistemi ilə edam edilib.

Bu haqda Cənubi Koreyanın rəsmi xəbər agentliyi “Yonxap” bildirib.

Agentliyin yazdığına görə, “yalan hesabat” ölkənin lideri Kim Çen Inı qəzəbləndirib. Ölkə başçısı 5 yüksək vəzifəli təhlükəsizlik səlahiyyətlisinin “yalan hesabat” hazırladıqları üçün zenit-raket sistemi ilə öldürüldüyünü gizli bir iclasda millət vəkillərinə söyləyib.

Cənubi Koreyalı millət vəkili Li Çeol Voo edam edilənlərin KXDR Dövlət Təhlükəsizliyi İdarəsində çalışdığını bildirib. Qurumun sədri Kin Von Hong yanvar ayında sui-istifadə və insan haqlarını pozmaqda ittiham olunaraq vəzifəsindən kənarlaşdırılıb. (Publika.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR