Sankt-Peterburqdan Bakıya uçuşların sayı arta bilər

Sankt-Peterburqdan Bakıya uçuşların sayı arta bilər
22:59 27 Fevral 2017
123 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Uralskie avialinii" aviaşirkəti Sankt-Peterburqdan Bakıya reyslərin həyata keçirilməsi üçün icazə əldə edib.

 

Lent.az-ın “trend”-ə istinadən xəbərinə görə, icazə daşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyanın səsverməsindən sonra verilib.

 

Məlumata görə, şirkət həftədə üç dəfə Sankt-Peterburq-Bakı uçuşlarını həyata keçirəcək.

 

Qeyd edək ki, hazırda bu reys üzrə uçuşları "Rossiya" aviaşirkəti həftədə 7 dəfə həyata keçirir. Bununla da, yay uçuşları cədvəlinə uyğun olaraq Sankt-Peterburq-Bakı reysləri həftədə 10 dəfə baş tuta bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR