22 yaşlı gənci bıçaqladılar

22 yaşlı gənci bıçaqladılar
23:37 27 Fevral 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Yenikənddə qeydə alınan hadisə zamanı 22 yaşlı kənd sakini Bayram Hümmət oğlu Şikarov münaqişə zəminində iki bıçaq zərbəsi alıb.

Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Hazırda Bayram Şikarovu vuran şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/521745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR