"Fənərbaxça"nın ulduzu çinliləri şoka saldı

"Fənərbaxça"nın ulduzu çinliləri şoka saldı
00:17 28 Fevral 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

Çinin "Tianjin Quanjian" klubu Robin van Persiyə elçi düşüb. Fanat.Az xəbər verir ki, holland futbolçunun meneceri dünən klubun rəsmiləri ilə görüşüb.


Lakin danışıqlar müsbət yekunlaşmayıb. Buna səbəb van Persinin istəkləri olub. Belə ki, o, illik 10 milyon avro maaş və 3 milyon avro bonus olaraq 3 illik müqavilə tələb edib. Çin klubu futbolçunun güzəştə getmədiyini görərək danışıqları dayandarıb. 


Qeyd edək ki, məşhur italyan futbolçu Fabio Kannavaronun başçılıq etdiyi Çin klubu bundan əvvəl "Borussiya"dan Pyer-Emerik Aubameyanı istəmişdi. Bu transfer dönəmində "Zenit"dən Aksel Vitseli 20, "Vilyarreal"dan Aleksandro Patonu 18 milyon avroya alan "Tianjin Quanjian"ın mövsümün sonunda daha bir ulduz transfer etməsi gözlənilir. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfnrbaxcaquotnn-ulduzu-cinlilri-oka-sald-t56586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR