Bu gün Azərbaycanda Od çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsidir.

Metbuat.az-ın məlumatına görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Bütün çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır. Od çərşənbəsində müxtəlif xörəklərin bişirilməsi və stolun üzərində şirniyyatların olması məqsədəuyğundur. İnsanların inancına görə, bu, süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur.

Qeyd edək ki, axır çərşənbə mart ayının 14-nə təsadüf edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR