BMT Avropada qaçqınların qəbulu ilə bağlı şəraitdən narazıdır

BMT Avropada qaçqınların qəbulu ilə bağlı şəraitdən narazıdır
01:12 28 Fevral 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ BMT Avropada qaçqınların qəbulu ilə bağlı şəraitdən narazıdır.
"Report" xəbər verir ki, bu barədə BMT Ali Komissarının Qaçqınlarla İş üzrə İdarəsinin hesabatında bildirilir.
x"Biz Avropa və beynəlxalq hüququn kollektiv şəkildə geri göndərməni qadağan etməsinə baxmayaraq, hökumətlər tərəfindən sərhədlərdə miqrantlar üçün girişi qadağan etmək və onlara qarşı kobud davranmaq hallarını qeydə almaqdayıq... Avropada olan, müharibə və zorakılıqdan qorunmaq üçün yer axtaran qaçqınların öz ailələrinə qovuşmaq hüquqları var, lakin təcrübədə onlar çoxsaylı maneələrlə üzləşirlər. Miqrantların böyük hissəsi şimal sərhədlərində qonşu ölkələr tərəfindən qoyulan məhdudiyyətlər səbəbindən İtaliyada qalmaq məcburiyyətindədirlər....Biz qaçaqmalçıların və digər kriminal şəbəkələrin vəziyyətdən sui-istifadə etmələrindən dərin narahatlıq hissi keçirdirik", - deyə sənəddə qeyd olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-avropada-qacqinlarin-qebulu-ile-bagli-seraitden-narazidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR