ABŞ Aya turist uçuşu təşkil etmək niyyətindədir

ABŞ Aya turist uçuşu təşkil etmək niyyətindədir
04:52 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ-ın "SpaceX" şirkəti 2018-ci ilin sonunda Ay ətrafına bir həftəlik iki kosmik turist göndərməyi planlaşdırır.
"Report" xəbər verir ki, səyahət sınaq uçuşları bu ilə planlaşdırılan ağır "Falcon Heavy" raket daşıyıcısının köməkliyi ilə "Dragon 2" gəmisi vasitəsilə həyata keçiriləcək.
"SpaceX" turistlərin adını açıqlamayıb. Ay səthinə enmə planlaşdırılmır. Turistlərin uçuşa görə vəsaitin əsas hissəsini ödədikləri bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/abs-aya-turist-ucusu-teskil-etmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR