ÜST insan üçün ən təhlükəli bakteriyaların siyahısını açıqlayıb

ÜST insan üçün ən təhlükəli bakteriyaların siyahısını açıqlayıb
06:33 28 Fevral 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq antibiotiklərə qarşı davamlı inkişafı ilə bağlı xüsusi təhlükə kəsb edən 12 növ bakteriyanın siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə ÜST nümayəndəsi Kristian Lindmeyer məlumat verib.

"Siyahı yeni antibiotiklərin hazırlanması üzrə tədbirlərin təcililiyi baxımından üç kateqoriyaya bölünüb. Törədici mikroblara kritik, yüksək və orta təhlükə dərəcəsi verilib. Bu təsnifat alimlərə yeni preparatların yaradılması sahəsində tədqiqatların aparılması zamanı prioriteti müəyyən etmək imkanı verəcək", - deyə o bildirib.

Kristian Lindmeyerin sözlərinə görə, ekspertlər qramneqativ adlanan bakteriyaları xüsusi təhlükəli hesab ediblər.

"Onlar genetik materialın digər mikroorqanizmlərə ötürülməsi imkanına malikdirlər. Bu, antibiotiklərə qarşı davamlı xəstəlik törədicilərinin sayının sürətlə artmasına səbəb ola bilər", - deyə o əlavə edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR