Sony yeni sensor yaradıb

Sony yeni sensor yaradıb
07:12 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Son zamanlar smartfonlara qurulmuş kameralar o qədər güclü xüsusiyyətlərə malikdir ki, əvvəllər "Siemens CX65" cihazında sadə 0,3 meqapiksellik kameradan necə istifadə etdiyimizə təəccüblənirik. Amma inkişaf gedir və bu yaxınlarda "Sony Semiconductor Solutions Corporation" şirkətinin mütəxəssisləri tərəfindən təqdim edilmiş yeni tip "CMOS" sensorunda rəqəmli siqnalların işlənməsi elementləri, həmçinin "DRAM" dinamik yaddaşı əlavə edilib. "CMOS" sensorun özəlliyi odur ki, o, saniyədə 960 kadradək sürətlə videoçəkiliş etməyə imkan verir. Bu halda qurğunun mərkəzi prosessorunda kiçik yüklənmə bu sensoru, hətta smartfonlarda istifadə etməyə imkan verir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, adi sensorlar iki qata (birinci qatda işığa həssas elementlər, ikinci qatda isə siqnalların email və çevrilməsini yerinə yetirən mikrosxemlər yerləşib) malik olduğu halda "Sony" şirkətinin mühəndisləri üçüncü qat əlavə ediblər. Məhz üçüncü qat "DRAM" dinamik yaddaşı və əlavə rəqəmli məntiqi elementlərdən ibarətdir. Nəticədə sensor saniyədə 960 sürətlə 1920x1080 təsvir ölçülü video çəkilişinə imkan verir. Təsvir 4:3 və 16:9 tərəflər nisbətinə, 1.71-dən 19.3 meqapikselədək təsvir ölçüsünə malik ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/521373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR