Ağstafada yol qovşağına işıqfor əvəzinə güzgü quraşdırılıb

Ağstafada yol qovşağına işıqfor əvəzinə güzgü quraşdırılıb
08:02 28 Fevral 2017
118 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ağstafa. 28 fevral. REPORT.AZ/ Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol qovşağına işıqfor və ya yol nişanı əvəzinə güzgü quraşdırılıb və avtomobillərin hərəkəti də bu güzgü vasitəsi ilə tənzimlənir.
"Report"un Qərb bürosu xəbər verir ki, ideya kənd sakini Qabil Mahmudova məxsusdur.
O, bu addımı ərazidə baş verən yol qəzalarının qarşısını almaq məqsədi ilə atdığını deyib.
"Yol kəsişməsində əvvəllər tez-tez qəzalar olurdu, tələfat qeydə alınırdı. Bura güzgü quraşdırılandan sonra isə Göycəlidə avtomobil qəzası baş verməyib. Sürücülər də bu vasitənin tətbiqindən məmnundurlar", - deyə Q.Mahmudov bildirib.
Hündürlüyü 2 metrə çatan güzgünün səmərəli olacağı təqdirdə daha böyüyü ilə əvəzlənəcəyi bildirilir.






Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/agstafada-yol-qovsagina-isiqfor-evezine-guzgu-qurasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR